AZ

​“Təhsil Plus” kartı yeni imkanlar yaradacaq

“Təhsil Plus” kartı müəllimlər üçün yeni imkanlar yaradacaq”.Mətbuat.az xəbər verir ki, bu fikirləri Mastercard şirkətinin Türkiyə və Azərbaycan üzrə vitse-prezidenti Engin Yaşar “Təhsil Plus” kartının imkanları barədə danışan zaman bildirib. O deyib ki, “Təhsil Plus” kartı təkcə maaş kartı kimi istifadə olunmayacaq, eyni zamanda müxtəlif sahələr üzrə xüsusi endirimlər də təqdim edəcək. Layihənin gələcəkdə bütöv bir ekosistem formalaşdırması planlaşdırılır.Engin Yaşarın sözlərinə görə, kartdan Apple Pay və Google Pay üzərindən də istifadə etmək mümkün olacaq.

O qeyd edib ki, növbəti mərhələdə Təhsil İnkişaf Fondu ilə birgə daha geniş layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Bildirilib ki, “Təhsil Plus” kartı uzunmüddətli təcrübə və araşdırmaların nəticəsi olaraq hazırlanıb.

Seçilən
4
metbuat.az

1Mənbələr