AZ

ABŞ-ın İrana hücumunun gizli məqsədi: Kritik Azərbaycan faktoru – Ora nəzarət edən...

ABŞ prezidenti Donald Tramp İrana hücum etməklə Rusiya və Çinlə çox ciddi geosiyasi qarşıdurmaya göz dikir.

Publika.az xəbər verir ki, bu barədə hərbi ekspert və Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin Siyasi Təhlil və Sosial-Psixoloji Proseslər kafedrasının dosenti Aleksandr Perenciyev deyib.

O, İrandakı əməliyyatın gizli məqsədi ilə bağlı fikirlərini Lenta.ru ilə bölüşüb.

"Niyə bu hücum ciddi və uzunmüddətlidir? Çünki ABŞ bütün Hartlend üzərində nəzarəti ələ keçirməkdə qərarlıdır. Hartlend qitənin bütün Mərkəzi Asiya hissəsidir. Amerika geosiyasəti deyir ki, "Hertlendə nəzarət edən dünyaya nəzarət edir". Və mən inanıram ki, ABŞ sadəcə İran yaxınlığında münaqişə başlamayıb. İranla münaqişə vasitəsilə, onlar faktiki olaraq Hartlend üzərində nəzarəti ələ keçirməyə çalışırlar", - politoloq bildirib.

Perenciyev qeyd edib ki, ABŞ İrana zərbə endirməklə və onu məhv etməyə cəhd etməklə Qərbin heç bir marağı olmayan beynəlxalq Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinə zərər vermək istəyir.

Seçilən
111
publika.az

1Mənbələr