AZ

SOCAR "SPP" üçün qaz tədarükündə əhəmiyyətli rol oynaya bilər - Martin Huska (ÖZƏL MÜSAHİBƏ)

Bakı. Trend:

Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) mühüm biznestərəfdaşıdır və SPP üçün qaz tədarükündə əhəmiyyətli rol oynayabilər.

Bunu Slovakiyanın dövlət enerji təchizatçısı olan "SPP"nin başicraçı direktoru Martin Huska martın 3-də Bakıda keçirilən CənubQaz Dəhlizi Məşvərət Şurasının 12-ci nazirlər və Yaşıl EnerjiMəşvərət Şurasının 4-cü nazirlər iclasları çərçivəsində Trend-ə verdiyi özəlmüsahibədə bildirib.

“Avropa İttifaqının (Aİ) yeni qanunvericiliyini və Rusiyadantəbii qaz idxalından mərhələli imtinanı nəzərdə tutan Aİreqlamentinin qəbulunu nəzərə alaraq, "SPP" zəruri qaz həcmlərinimünasib qiymətlərlə təmin edə biləcək yeni təchizatçılar axtarır.2024-cü ilin sonunda qısamüddətli qaz tədarükləri üzrə pilot layihəvasitəsilə SOCAR ilə əməkdaşlığı sınaqdan keçirdiyimizi nəzərəalaraq, prioritetimiz potensial uzunmüddətli təbii qaz tədarükləriüzrə birgə yanaşmanın araşdırılmasıdır”, – deyə o bildirib.

Huska vurğulayıb ki, "SPP"nin Slovakiyadakı kommersiyastrategiyasının əsas istiqamətlərindən biri təbii qaz mənbələrininşaxələndirilməsidir.

“Şirkətimizin bir neçə qaz tədarükü müqaviləsi imzaladığını vəhazırda sabit tədarükü təmin etdiyini nəzərə alsaq, SOCAR ilədanışıqlar hələ ilkin mərhələdədir. Buna görə də görüşlərimizzamanı hər hansı sazişin imzalanacağını gözləmirik. Kommersiyastrategiyamızın əsas hissəsi müştərilərimiz üçün münasibqiymətlərlə sabit qaz tədarükünün təmin edilməsidir. SOCAR-ınqlobal təbii qaz bazarındakı mühüm rolunu nəzərə alaraq, "SPP" vəSlovakiya üçün cəlbedici təkliflərlə açıq danışıqlarınaparılacağını gözləyirik.

Qeyd etdiyim kimi, SOCAR tərəfindən Slovakiyaya həyatakeçirilmiş qısamüddətli qaz tədarükləri üzrə pilot layihəni uğurluhesab edirik. Bu layihə bizim üçün təsdiqlədi ki, SOCAR mühümbiznes tərəfdaşıdır və "SPP" üçün tədarüklərdə əhəmiyyətli roloynaya bilər. Şübhəsiz ki, azərbaycanlı tərəfdaşımızla əvvəlkimüsbət əməkdaşlığımızı davam etdirmək istərdik”, – deyə o əlavəedib.

Qeyd edək ki, SOCAR 2024-cü ilin dekabr ayı ərzində "SPP"nitəbii qazla təchiz edib.

1 dekabr 2024-cü il tarixində başlanmış qaz tədarükləri ikişirkət arasında bağlanmış qısamüddətli pilot saziş çərçivəsindəhəyata keçirilib.

Məqalədə:
Seçilən
60
1
az.trend.az

2Mənbələr