AZ

AMADA dan sosial layihə: “10ların təbəssümü” başlayır

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 4 mart, AZƏRTAC

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) təsis olunmasının 10 illiyi münasibətilə “10ların təbəssümü” adlı sosial layihəyə start verib.

AMADA-dan AZƏRTAC-a bildirilib ki, layihənin məqsədi cəmiyyətin həssas qrupları ilə birbaşa ünsiyyət qurmaq, onlara mənəvi dəstək göstərmək və qurumun sosial məsuliyyət prinsiplərinə sadiqliyini nümayiş etdirməkdir.

Layihə çərçivəsində AMADA əməkdaşları valideyn himayəsindən məhrum uşaqlar, xüsusi ehtiyacı olan şəxslər, şəhid və qazi ailələri, eləcə də aztəminatlı ailələrlə görüşlər keçirəcəklər. Təşəbbüs insanlara dəyər verildiyini hiss etdirmək, sosial həmrəylik mesajını çatdırmaq və mənəvi dəstəyi gücləndirmək məqsədi daşıyır.

Sosial layihə çərçivəsində ilk görüş Binə qəsəbəsində yerləşən “Ümid yeri” uşaq sığınacağında təşkil olunub. AMADA-nın kollektivi uşaqlarla birbaşa ünsiyyət qurub, onların gündəlik həyatı və istəkləri ilə maraqlanıb, hədiyyələr təqdim ediblər. Həmçinin əyləncəli və interaktiv fəaliyyətlər təşkil olunub. Görüş uşaqların sosial fəallığının artırılmasına və onların cəmiyyətə daha aktiv inteqrasiyasına töhfə vermək məqsədi daşıyıb.

“10ların təbəssümü” layihəsi il ərzində davam etdiriləcək, sosial dəstək tədbirləri digər həssas qrupları da əhatə edəcək. Layihə AMADA-nın missiyasına uyğun olaraq sosial rifahın və inklüziv cəmiyyət prinsiplərinin təşviqinə xidmət edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
6
azertag.az

7Mənbələr