AZ

Daha 21 nəfər İrandan Azərbaycana təxliyə edildi

İrandan martın 4-də saat 10:00-12:00 aralığında daha 21 nəfər Azərbaycana təxliyə edilib.

Bakıvaxtı.az xəbər verir ki, "Astara" dövlət sərhədindən buraxılış məntəqəsindən ölkə ərazisinə keçən şəxslərin 5-ı Azərbaycan, digərləri isə Çin, Pakistan, Fransa və Tacikistan vətəndaşlarıdır.

Qeyd edək ki, bununla İranda hərbi əməliyyatların başladığı fevralın 28-i saat 08:00-dan bu gün saat 12:00-a qədər həmin ölkədən Azərbaycana təxliyə olunanların sayı 1182 nəfərə çatıb.

Seçilən
18
4
bakivaxti.az

10Mənbələr