AZ

"Bilet qiyməti 5-6 min manatdan başlayır" - Elvin

"Mən Dubayda yox, Taylanddayam. Geri dönüş biletim Şarja şəhərindən olduğu üçün, hələ ki vətənə qayıda bilmirəm".
 
Musavat.com xəbər verir ki, bu sözləri müğənni Elvin Mirzəzadə sosial mediada yayımladığı videoda deyib. O, Bakıya qayıda bilməmə səbəbini açıqlayıb: 
 
 
"Sosial şəbəkədə mənim Dubayda olduğum haqda xəbərlər yayılıb. Bu yalan xəbərdir. Mən Taylanddayam. Sadəcə geri dönmək üçün Şarja şəhərinə getməliyəm. Amma bu da mümkün deyil. Uçuşların hamısı dayandırılıb, nə vaxt açılacağı ilə bağlı bizə heç bir məlumat vermirlər. Mən başqa ölkəyə gedib oradan Bakıya qayıtmağı düşünürdüm. Amma orada da bir adam üçün bilet qiyməti 5-6 min manatdan başlayır. Ona görə də məcbur uçuşların açılmasını gözləməliyik".
 
Könül
Musavat.com
Seçilən
118
musavat.com

1Mənbələr