Bu gecə Tehranda Əli Xameneinin xatirəsini anmaq üçün üç günlük mərasim başlayacaq.
Publika.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Bildirilib ki, bu gün saat 22:00-da iranlılar “Grand Mosalla of Tehran” ibadət zalında toplaşaraq üçgünlük anım mərasiminə başlayacaqlar.
Məlumata görə, Xameneinin dəfn mərasimi ilə bağlı detallar hələ müzakirə edilir və yaxın zamanda elan olunacaq.