Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Şamaxıda baş verən zəlzələ nəticəsində Ağsu rayonunun bəzi kəndlərindəki ev və yardımçı tikililərdə çatlar yaranıb.
Oxu.Az-a daxil olan məlumata görə, yeraltı təkanlar nəticəsində əsasən, Şamaxı ilə yanaşı Ağsu rayonunda da dağıntılar olub.
Sakinlərin sözlərinə görə, kəndlərdə onlarla evdə çatlar aşkar edilib, əhaliyə xeyli ziyan dəyib.
































Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hər hansı dağıntı ilə bağlı müraciət daxil olmayıb.
Xatırladaq ki, fevralın 27-də yerli vaxtla saat 15:52-də Şamaxı rayonunda 4.7 bal gücündə zəlzələ baş verib. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub.
Məhərrəm Əliyev
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.