AZ

Fərid Mansurov: Dünya və Avropa çempionatlarında iştirak etmək də Vətənə xidmətdir

Bakı, 4 mart, AZƏRTAC

Məktəblərdə idman dərslərinin keçirilməsi bir inkişafdır. Nəzərə asaq ki, məktəb yaşlarından biz yeniyetmələrimizə idmanı sevdirsək, ilk növbədə onlara sağlam həyat tərzini aşılamış olarıq və kütləviliyi bir az da artırmış olarıq.

AZƏRTAC xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin Vitse-prezidenti Fərid Mansurov Milli Məclisdə 5 Mart – Bədən tərbiyəsi və idman günü ilə bağlı Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və idman federasiyaları ilə keçirilən görüşdə deyib.

O federasiyalar adından bəzi məqamlara diqqəti çəkib “Bizim idmançılarımız müəyyən yaşa qədər gəlirlər və 17 yaşından sonra isə universitetlərə qəbul olanlar təhsillərini davam etdirirlər. Qəbul olmayanlar isə həqiqi hərbi xidmətə gedirlər. Nəzərə alsaq ki, ölkədən kənarda, dünya və Avropa çempionatlarında iştirak etmək də Vətənə bir xidmətdir. Əgər bunu nəzərə alsaq, bu halda biz uşaqlarımızı həmin yaşlarda itirmiş oluruq. Çünki bilirsiniz ki, dünya, Avropa çempionatlarında hər çəkir dərəcəsində, əsasda fərdi idman növlərində bir idmançı iştirak edir. Həmin idmançı nəticə qazandığı halda Dövlət Imtahan Mərkəzi tərəfindən universitetə, əsas da Azərbaycan İdman Akademiyasına qəbul olmuş olur. Digər atletlər isə kənarda qalır və həmin idmançı il yarım əsgərlik çəkdiyi halda biz o idmançını artıq itirmiş oluruq. Belə olduğu halda da peşəkar idmanda rəqabətlilik itir, ardı gəlmir. Müəyyən vaxtlardan sonra əsasən aparıcı nəticə verən federasiyalar məcbur olurlar ki, müəyyən çəkir dərəcələrində legioner idmançıları dəvət eləsinlər”.

Seçilən
68
1
azertag.az

2Mənbələr