Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Ermənistanın Baş naziri Nikol Paşinyan gürcü həmkarı İrakli Kobaxidzeni "Tramp marşrutu", Azərbaycanla sülh prosesi və Türkiyə ilə münasibətlər barədə məlumatlandırıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Paşinyan Kobaxidze ilə birgə mətbuata açıqlamasında bildirib.
O, Kobaxidzeyə Ermənistanda regional və beynəlxalq gündəm çərçivəsində baş verənlər barədə ətraflı məlumatlar təqdim etdiyini vurğulayıb.
"Mən həmçinin ona Ermənistanla Rusiya arasındakı hazırkı münasibətlər barədə də danışdım. Hesab edirəm ki, bizim ortaq maraqlarımız var və bizi bölgəmizin və Avropa İttifaqının maraqları hərəkətə gətirir", - Paşinyan əlavə edib
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.