AZ

​“Fənərbağça”da ara qarışdı:

İstanbulun “Fənərbağça” klubunda növbəti ayrılıq baş tuta bilər. İstanbul təmsilçisi baş məşqçi Domeniko Tedeskonu yola salmağa hazırlaşır.
Metbuat.az xəbər verir ki, bu iddia ilə Türkiyə mediası çıxış edib. KİV milyonlarla azarkeşi olan klubun son matçlarda ard-arda xal itirməsinin cəzasız qalmayacağını bildirib. Qeyd edək ki, Trendyol Süper Liqasında kritik xal itkisi yaşayan “Fənərbağça”nın italiyan baş məşqçisinin son matçlarda xəstəlik səbəbindən komandasının sükanı arxasında olmaması ayrılıq iddialarını daha da möhkəmləndirib. Tedeskonun sağlamlığının qeydinə qaldığı bir vaxtda onun yola salınacağı gözlənilir.

Türkiyə mediası Domeniko Tedeskonun taleyinin mart ayında keçiriləcək matçların nəticəsindən asılı olacağını yazıb.

Seçilən
93
metbuat.az

1Mənbələr