İngiltərə Premyer Liqasında XXIX tura start verilib.
"Unikal" xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutub.
"Everton" öz meydanında "Börnli" ilə üz-üzə gəlib. Ev sahibləri rəqibini 2 cavabsız qolla məğlub edib - 2:0.
"Liverpul" isə səfərdə autsayder "Vulverhempton"la qarşılaşıb. Gərgin keçən oyunda Mersisayd təmsilçisi azarkeşlərini sevindirə bilməyib. Oyun ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.