AZ

“PAŞA Həyat Sığorta” ASC-də yeni təyinat olub

Bakı. Trend:

"PAŞA Həyat Sığorta" şirkətinin strukturunda dəyişiklik başverib. Sevda Əliyeva Aparat rəhbəri (Chief of Staff) vəzifəsinətəyin edilib.

Sevda Əliyeva 25 ildən artıq rəhbərlik və strateji idarəetmətəcrübəsinə malikdir. Peşakar karyerası ərzində o, "PASHA RealEstate"də Qrup üzrə Baş İnsan Resursları İnzibatçısı (CHRO) vəİcraçı Komitə üzvü, "Unibank"da Baş Transformasiya İnzibatçısı vəİcraçı Komitə üzvü, "PASHA Bank"da İnsan Resursları DepartamentininDirektoru, "Azercell Telecom"da isə Baş İnsan Resurslarıİnzibatçısı CHRO və Marketinq Direktoru kimi vəzifələrdə çalışaraqdaşınmaz əmlak, bankçılıq və telekommunikasiya sahələrində komplekstransformasiya və təşkilati inkişaf proqramlarını uğurla həyatakeçirib.

Təhsilini Bakı Dövlət Universitetində Tarix ixtisası üzrəbakalavr dərəcəsi ilə tamamlamış, həmçinin "Telecoms Mini MBA"proqramını (Informa Telecoms Academy, UK, 2008) müvəffəqiyyətləbitirmişdir. Korporativ təhsil və inkişaf proqramları çərçivəsində"Agile Project Management" (IBM, UK, 2018), "Design Thinking" (IBM,UK, 2017), "Job Evaluation" (Korn Ferry Hay Group, Turkey, 2017) vədigər liderlik və idarəetmə sahələrinə yönəlmiş proqramları uğurlatamamlayıb.

Seçilən
186
3
az.trend.az

4Mənbələr