AZ

İspaniyanın Baş naziri Sançez ölkəsini tənqid edən Trampa cavab verdi

İspaniyanın Baş naziri Pedro Sançez, İspaniyanı İrana hücumlar üçün iki hərbi bazadan istifadəyə icazə vermədiyinə görə tənqid edən ABŞ Prezidenti Donald Trampa "Müharibəyə yox" cavabı ilə cavab verdi.

Turkustan.az xəbər verir ki, Sançez Madriddəki Baş nazirin rəsmi iqamətgahı olan Monkloa Sarayında qapalı qapılar arxasında, suallara cavab vermədən açıq bəyanat verib.
Təxminən 15 dəqiqə davam edən çıxışında Sançez ABŞ prezidenti Trampa birbaşa istinad etməyərək bildirib: "İspaniyanın mövqeyi aydındır. Bu, Ukrayna və Qəzzada olduğu kimidir. Beynəlxalq hüququn pozulmasına yox. Dünyadakı problemlər sadəcə bomba atmaqla həll edilə bilməz. Keçmiş səhvlər təkrarlanmamalıdır. Mövqeyimizin xülasəsi budur: müharibəyə yox".

Sançez qeyd edib ki, ABŞ və İsrailin İrana hücumlarından sonra dünyanın hara doğru gedəcəyini heç kim təxmin edə bilməz və əlavə edib ki, "hətta hücumu həyata keçirənlər də nə istədiklərini bilmirdilər".

Pedro Sançez bildirib ki, uzun müddət davam edə biləcək, regiona və digər ölkələrə yayıla biləcək və qlobal iqtisadi nəticələrə səbəb ola biləcək müharibəyə girmək riski var.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
77
1
turkustan.az

2Mənbələr