İspaniyanın "Alaves" klubunda baş məşqçi istefası reallaşıb.
Fanat.Az xəbər verir ki, Eduardo Koudet postundan ayrılıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Artıq vakant vəzifəyə yeni təyinat da baş tutub. "Alaves" tanınmış məşqçi Kike Sançes Floreslə anlaşıb. Tərəflər arasında 2028-ci ilin ortalarına qədər müddətə müqavilə imzalanıb.
Flores İspaniyanın "Sevilya", "Valensiya", "Atletiko Madrid" və "Xetafe" kimi klublarındakı işi ilə tanınır.
"Alaves" La Liqanın turnir cədvəlində 27 xalla 16-cı yerdədir. Floresin komandası növbəti oyununu martın 8-də "Valensiya" ilə keçirəcək.