AZ

İspaniyanın Baş nazirindən Trampın təhdidlərinəCAVAB

İspaniyanın Baş naziri Pedro Sançes ABŞ Prezidenti Donald Trampın İspaniyanın İrana hücumlara qarşı çıxması səbəbindən Vaşinqtonun Madridlə ticarəti dayandıracağı ilə bağlı təhdidlərinə cavab verib.

Redaktor.az xəbər verir ki, bu barədə BBC məlumata yayıb.

Martın 4-də səhər televiziya ilə yayımlanan çıxışında Sançes hökumətin mövqeyinin “Müharibəyə yox!” sözləri ilə xülasə edilə biləcəyini bildirib. O vurğulayıb ki, İranla müharibə milyonlarla insanın həyatını daha da pisləşdirə bilər.

Baş nazir 2003-cü ildə İraqa edilən hücuma istinad edərək keçmişin səhvlərini təkrarlamamağa çağırıb. Onun sözlərinə görə, İraqın işğalı məqsədlərinə çatmayıb, qeyri-sabitlik yaradıb və bir çox insanın həyatını ağırlaşdırıb.

Sançes qeyd edib ki, İrana hücumlar da milyonlarla adi insan üçün oxşar iqtisadi nəticələrə səbəb ola bilər və hökumət bunun qarşısını almaq üçün tədbirlər görməyi nəzərdən keçirir.

Xatırladaq ki, Tramp daha əvvəl İspaniya ilə bütün əlaqələri kəsəcəyi ilə hədələmiş və Sançes ABŞ-nin İrana zərbə endirmək üçün hərbi bazalarından istifadə etməsinə icazə verməkdən imtina etdikdən sonra ölkəni “dəhşətli” adlandırmışdı. Madrid isə hücumları “əsassız və təhlükəli hərbi müdaxilə” kimi qiymətləndirib.

Aminə ŞAHSUVARQIZI

Seçilən
9
redaktor.az

1Mənbələr