AZ

Orxan Mürsəlov öz kadrını Gədəbəydən Göyçaya gətirdi FOTO

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Göyçay Şəhər Təsərrüfatı Birliyi İdarəsinə yeni rəis təyin olunub.

Globalinfo.az “Unikal”a istinadən xəbər verir ki, Göyçay Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Orxan Mürsəlovun əmri ilə bu vəzifəyə Fuad Arif oğlu Bayramov gətirilib.

O.Mürsəlov Gədəbəydə icra başçısı olduğu müddətdə – 2023-cü ildə həmin şəxsi Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatının rəisi təyin etmişdi. O, ötən ilin noyabr ayında Göyçay RİH-ə başçı təyin edilib. Bu ilin əvvəlindən isə Fuad Bayramovu da əmri ilə Göyçaya gətirib.

F.Bayramovun Gədəbəydəki işini isə müvəqqəti olaraq Ruslan Mustafayev icra edir.

Qeyd edək ki, o, ötən gün guya Prezidentin adından “Fəxri Diplom” alması ilə gündəmə gəlmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
9
globalinfo.az

10Mənbələr