AZ

Bakı Şəhəri üzrə Təhsil İdarəsi qəzetlərə 660 min manat verəcək

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrin dövri mətbuata abunə yazılışı xidmətlərinə 660 072 AZN sərf olunacaq.

 

Pravda.az-ın xəbərinə görə, xidməti “Mətbuat Yayım” MMC göstərəcək.

 

İdarə və MMC arasında müqavilə bağlanıb. Buraya “Azərbaycan məktəbi” jurnalı, “Azərbaycan müəllimi”, “Azərbaycan”, “Xalq”, “Yeni Azərbaycan”, “Bakinskiy raboçiy” qəzetləri daxildir.

 

Cabir

Tarix: 4 Mart 2026, 15:11   
Seçilən
64
1
pravda.az

2Mənbələr