Fransa Birləşmiş Ərəb Əmirliklərinin hava məkanında ölkəyə məxsus hərbi bazaların qorunması məqsədilə “Rafale” qırıcı təyyarələri yerləşdirib.
KONKRET.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro CNN-ə açıqlamasında bildirib.
Nazir təyyarələrin konkret hansı tapşırıqları yerinə yetirdiyini açıqlamayıb. O, həmçinin qırıcıların hərbi bazalara təhlükə yarada biləcək pilotsuz uçuş aparatlarının və ya raketlərin zərərsizləşdirilməsində iştirak edib-etmədiyinə dair məlumat verməyib.
Müşviq Tofiqoğlu
KONKRET.az