AZ

 “Starlink”dən uğurlu həllər

“Starlink” şirkəti ikinci nəsil peykləri işə salmağa hazırlaşır və bu peyklər ənənəvi şəbəkələrin sürəti ilə müqayisə edilə biləcək. Mobile World Congress (MWC) tədbirində Starlink rəhbərləri, şirkətin yeni “V2” peyk şəbəkəsinə keçid planlarını açıqlayıb. “SpaceX”in “Starlink” mühəndisliyi üzrə vitse-prezidenti Maykl Nikols bildirib ki, şirkətin məqsədi, peyk sisteminə qoşulduqda torpaq şəbəkəsi kimi bir təcrübə təmin etməkdir. Doğru şəraitdə istifadəçilər yüksək performanslı 5G şəbəkəsinə qoşulmuş kimi hiss edəcəklər".

Vitse-prezident əlavə edib ki, “V2” peykləri ideal şəraitdə 150 Mbps yükləmə sürəti təqdim edə bilər. Yeni peyklər əvvəlkilərə nisbətən 100 dəfə çox məlumat sıxlığı təmin edəcək. Bu da istifadəçilərə sürətli striminq, daha stabil veb-sörfinq və etibarlı səs zəngləri imkanı yaradacaq. 

“SpaceX” 2027-ci ilin ortalarından başlayaraq hər buraxılışda 50-dən çox “V2” peyk göndərməyi planlaşdırır və tam peyk şəbəkəsini 6 ay ərzində qurmağı hədəfləyir.

Ülkər XASPOLADOVA,

 “Azərbaycan”

Seçilən
67
azerbaijan-news.az

1Mənbələr