AZ

Hizbullah İsrailin ən böyük müdafiə şirkətinə zərbə endirib

Baku.ws portalından alınan məlumata görə, ain.az xəbər verir.

Livanın şiə hərəkatı "Hizbullah" İsrailin ən iri aerokosmik və aviasiya şirkəti olan Israel Aerospace Industries-in qərargahına silsilə zərbələr endirdiyini bildirib.

BAKU.WS xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Məlumata görə, "Hizbullah" hərəkatı raket və pilotsuz uçuş aparatları ilə İsrailin aviasiya istehsalçısı şirkətinin (IAI) mərkəzi hissədəki qərargahına hücum edib.

Həmçinin Səfəd şəhərinin şərqində pilotsuz uçuş aparatlarının idarə edilməsindən məsul olan "Giva" bazasına və İsrail ordusunun Şimali Hərbi Dairəsinin qərargahına (Dado bazası) raketlə zərbə endirilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
1
baku.ws

2Mənbələr