AZ

İran ABŞ və İsraili dəstəkləyən ölkələri hədələdi

İran ABŞ və İsrailin hərbi əməliyyatlarını dəstəkləyəcək Avropa İttifaqı ölkələrini ciddi nəticələrlə hədələyib.

Publika.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi "X" hesabında paylaşım edib.

O qeyd edib ki, əgər Avropa dövlətləri hərbi müdaxiləni təşviq edəcəklərsə, bu, fəlakətli nəticələrə səbəb olacaq.

“Bəzi Avropa İttifaqı ölkələri ABŞ və İsrailin İran xalqına qarşı həyata keçirdiyi aqressiya və hərbi cinayətlərdə iştirak edəcəklərsə, "tarixin səhv tərəfində" ola bilərlər”, - deyə Bəqayi yazıb.

Seçilən
11
publika.az

1Mənbələr