AZ

Zirə də ciddi itki Ayron Qomis sıradan çıxdı

ain.az, Sportal.az portalına istinadən məlumat yayır.

"Zirə"nin heyətində ciddi itki baş verib.

Sportal.az saytına verilən məlumata görə, qəsəbə təmsilçisinin aparıcı üzvlərindən olan Ayron Qomis sıradan çıxıb.

Fransalı yarımmüdafiəçi Bizon Azərbaycan Kuboku 1/4 final mərhələsinin "Sumqayıt"la cavab matçının 76-cı dəqiqəsində zədələnərək meydanı tərk edib. Tibbi müayinədən sonra Qomisin zədəsinin ciddi olduğu məlum olub. 26 yaşlı futbolçu bir müddət yaşıl meydanlardan uzaq qalacaq.

"Sumqayıt"la qarşılaşma "Zirə"nin 2:0 hesablı qələbəsi ilə başa çatıb. İlk görüş qolsuz bərabərliklə yekunlaşdığı üçün Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv yarımfinala yüksəlib.

Qeyd edək ki, Ayron Qomis 2024-cü ilin sentyabrından "Zirə"də çıxış edir. O, cari mövsümdə "qartallar"ın heyətində meydana çıxdığı 25 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
141
1
sportal.az

2Mənbələr