AZ

ADSEA da daha bir qohumbazlıq faktı... Sədrin xalası oğlu da rəis imiş...

Mia.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ölkədə Qudalar Agentliyi kimi tanınan Dövlət Su Ehtiyatları Agentliyində daha bir diqqətçəkən təyinat olub.

Mia.az-ın məlumata görə, Agentliyin tabeliyindı olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin (Bu xidmət yaxın 3 aya kimi QSC-yə çevriləcək) sədr əvəzi Tahir Xəlilovun bu sahəyə tamamilə yad olan daha br qohumunu - xalası oğlu Sərxan Orucovun da Yasamal Sukanal İdarəsinə rəis təyin edilməsinə nail olması faktı üzə çıxıb (bu məlumatı ilk olaraq https://dogruxeber.tv/2026/03/04/mza-yerini-bilmyn-ris-yasamal-idarsind-ok-iddialar.html yazıb).

Məlumat üçün qeyd edək ki, Tahir Xəlilovun bu sahədə heç vaxt işləməyən qaynı, 28 yaşlı Ramil Abdurahmanov da bir müddət əvvəl Gəncə Şəhər Sukanal İdarəsinə rəis müavini təyin edilib.

Bu haqda Mia.az ötən ay yazıb (https://www.mia.az/w1096303/1096303) 

Yeri gəlmişkən, ADSEA sədri Zaur Mikayılov qudalarından biri olan Əsəd Şirinov özünə müşavir, digəri qudası Fuad Quliyevi isə aparat  rəhbəri təyin edib.

Onu da qeyd edək ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Prezientin sərəncamıyla publik hüquqi şəxs statusundan QSC formatına keçiriləcək. 

Məlumata görə, 3 ay çəkəcək bu prosesun yekununda QSC-yə yeni rəbhbər təyinatı aparılacaq.

Mövzuya qayıdacağıq

Samir MUSAYEV

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
89
mia.az

1Mənbələr