AZ

İranda Xamenei ilə bağlı gözlənilməz qərar: Bütün hazırlıqlar ləğv edildi

Turkstan.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Müharibənin ilk günündə ABŞ və İsrail tərəfindən həyata keçirilən hücumda öldüyü açıqlanan İranın dini lideri Ayətullah Əli Xameneinin ölümü bir çox ölkədə reaksiyalarla qarşılansa da, İranda keçirilməsi planlaşdırılan vida mərasimi ilə bağlı yeni bir irəliləyiş baş verib.

Turkustan.az xəbər verir ki, İran mediası Xamenei üçün üç günlük "vida mərasimi" elan etmişdi. İlkin açıqlamalarda mərasimin bu gün saat 20:30-da Tehrandakı İmam Xomeyni məscidində başlayacağı bildirilirdi. Lakin bir neçə saat sonra İran dövlət mediası mərasimin təxirə salındığını elan etdi. Yenidən işlənmiş proqram daha sonra açıqlanacaq.İranın yarı-rəsmi xəbər agentliyi Fars-ın məlumatına görə, Xameneinin cənazəsi Tehranda keçirilən mərasimlərdən sonra Məşhəddə dəfn olunacaq. Onun Səkkizinci İmam İmam Rzanın ziyarətgahının yerləşdiyi Məşhəddə dəfn edilməsi gözlənilir.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
1
icma.az

2Mənbələr