AZ

Fidan Türkiyə səmasında zərərsizləşdirilən raketlə bağlı İrana rəsmi Ankaranın reaksiyasını çatdırıb

Türkiyənin xarici işlər naziri Hakan Fidanın iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı olub.

"Report" xəbər verir ki, məlumatı "TRT Haber" yayıb.

Qeyd olunub ki, telefon danışığı zamanı Hakan Fidan İrandan atıldıqdan sonra Türkiyənin hava məkanına yönəldiyi müəyyən edilən və zərərsizləşdirilən ballistik raketlə bağlı rəsmi Ankaranın reaksiyasını çatdırıb.

Bölgədəki gərginliyə diqqət çəkən Türkiyə XİN başçısı münaqişələrin yayılmasına səbəb olacaq hər cür addımdan qaçılmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, İrandan atılaraq İraq və Suriya hava məkanını keçdikdən sonra Türkiyə hava məkanına yönəldiyi müəyyən edilən bir ballistik raket Şərqi Aralıq dənizindəki NATO hava və raketdən müdafiə vasitələri tərəfindən zərərsizləşdirilib.

Seçilən
32
3
far.az

6Mənbələr