AZ

Azərbaycanla bu ölkə arasında ticarət dövriyyəsi artdı

Bu ilin yanvar ayında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri 77 milyon 885 min ABŞ dolları təşkil edib.Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 % çoxdur.Hesabat dövründə Gürcüstanla ticarət ümumi dövriyyənin 2,2 %-i qədər olub.İl ərzində Azərbaycanın Gürcüstana ixracının dəyəri 7,3 % artaraq 69 milyon 311 minABŞ dolları, bu ölkədən idxalının dəyəri isə 0,6 % artaraq 8 milyon 574 min ABŞ dolları olub.

Ay ərzində Gürcüstana ixrac ümumi ixracın 3,1 %-ni, Gürcüstandan idxal isə ümumi idxalın 0,7 %-ni təşkil edib.

Seçilən
98
1
metbuat.az

2Mənbələr