AZ

"QatarEnergy" LNG alıcıları üçün fors-major hal elan edib

"QatarEnergy" mayeləşdirilmiş təbii qaz (LNG) və əlaqəli məhsulların istehsalını dayandırmaq qərarından sonra fors-major hallarının baş verdiyini elan edib.

Şirkətin "X" sosial şəbəkəsindəki paylaşımda bildirilir ki, fors-major hal tədarükün dayandırılmasından təsirlənən alıcılara şamil edilir.

"Mayeləşdirilmiş təbii qaz (LNG) və əlaqəli məhsulların istehsalının dayandırılması barədə bəyanata əlavə olaraq, "QatarEnergy" zərərçəkmiş alıcıları üçün fors-major halları elan edib", - paylaşımda bildirilib.

Şirkətdən bütün maraqlı tərəflərlə münasibətləri dəyərləndirdiklərini və aktual məlumatları təqdim etməyə davam edəcəklərini bildiriblər.

Xatırladaq ki, martın 2-də şirkət LNG istehsalını dayandırdığını elan etmişdi. Çərşənbə axşamı, martın 3-də şirkət Qətərdə bəzi emal məhsullarının, o cümlədən karbamid, polimerlər, metanol, alüminium və digərlərinin istehsalının müvəqqəti dayandırıldığını elan etdi. Bu, Qətərin şimal hissəsindəki iki obyektinin hücuma məruz qalmasından sonra baş verdi.

"QatarEnergy" Qətərin dövlət neft-qaz şirkətidir və dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz istehsalçılarından biridir.

İş elanları AzVak.az-da

© "Report"

Seçilən
38
1
marja.az

2Mənbələr