2025-ci il Polis Akademiyasına 9 qız qəbul olunub və hazırda 19 qız kursant təhsilini davam etdirir. Bunu anews.az-a açıqlamasında daxili işlər nazirinin müavini İsmət Əliyev bildirb.
“Hazırda Polis Akademiyasında 19 qadın kursant təhsil alır. Gender siyasətinə uyğun olaraq mənafelər bərabərləşdirilib. Qəbul ilə bağlı heç bir problem yoxdur. Sənəd təqdim edən namizəd xanımlar qəbul ola bilərlər. 2025-ci ildə 9 qız qəbul olunub və hazırda təhsillərini davam etdirirlər”, - nazir müavini qeyd edib.
Azərbaycan Polis Akademiyasına qızların qəbulu 2020-ci ildən dayandırılmışdı. Daxili İşlər Nazirliyi qızların qəbulunun dayandırılmasını effekt nəticələr verilməməsi ilə əlaqələndirmişdi.
Gülnar Nazimqızı