AZ

Avtoxuliqanlıq edən sürücü həbs edilib - VİDEO

Yazını böyüt
Yazını kiçilt

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları toy karvanında avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarının həyatı üçün təhlükə yaradan və yol-nəqliyyat hadisəsi törədən sürücü Rafiq Məlikovu saxlayıblar.

Hafta.az-ın məlumatına görə, sosial şəbəkələrdə yayılan görüntülər araşdırılarkən onun yol hərəkəti qaydalarını bilərəkdən kobud şəkildə pozduğu müəyyən edilib.

Belə ki, R.Məlikov barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün məhkəməyə təqdim edilib.

Məhkəmənin qərarı ilə o, 1 ay müddətinə inzibati qaydada həbs olunub.

 
Seçilən
109
9
hafta.az

10Mənbələr