AZ

Azərbaycanda 250 tələbəyə “Həmkarlar İttifaqı Təqaüdü” təqdim olundu - FOTO

Bu gün Azərbaycanda 250 tələbəyə “Həmkarlar İttifaqı Təqaüdü” təqdim olunub.

Redaktor.az xəbər verir ki, bu barədə ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayev rəsmi feysbuk səhifəsində paylaşım edib.

Araz Paşayev bildirib ki, gənclərin təhsildə qazandıqları uğurlar ölkənin gələcəyinə qoyulan ən etibarlı sərmayədir.

O qeyd edib ki, Azərbaycan Həmkarlar İttifaqının üzv təşkilatı olan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi istedadlı, savadlı və fəal gənclərin yanında dayanmaq, onların inkişaf yolunda etibarlı dayaq olmaq məqsədini daşıyır.

Sədr hər bir təqaüdçünü ürəkdən təbrik edərək, onlara yeni elmi nailiyyətlər, möhkəm iradə və böyük uğurlar arzulayıb.

O vurğulayıb ki, bu gənclər sabahın güclü ziyalıları, peşəkar mütəxəssisləri və Vətənə sədaqətlə xidmət edən layiqli vətəndaşları kimi cəmiyyətdə öz yerlərini tutacaqlar.

222222222222222222222
Seçilən
72
redaktor.az

1Mənbələr