Bakı-Quba yolunda bu gün ölümlə nəticələnən dəhşətli qəza ilə bağlı maraqlı detal üzə çıxıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, ağır yol-nəqliyyat hadisəsində həyatını itirən sürücü Babək Abbasovun məktəbli oğlu Nihad Babək oğlu Abbasov da bir neçə il əvvəl qəza zamanı həyatını itiribmiş.
Məlumata görə, bu gün saat 12:10-da HOWO markalı yük avtomobilinə çırpılması səbəbindən həyatını itirən MAN markalı yük avtomobilinin sürücüsü 1977-ci il təvəllüdlü Babək Şükür oğlu Abbasov Siyəzən rayon sakinidir.

Fotoda Babək Şükür oğlu Abbasov və övladı Nihad Babək oğlu Abbasovdur