Azərbaycanda məktəbli vəfat edib.
“Yeni Sabah” xəbər verir ki, Cəbrayıl şəhəri Mehdi Mehdizadə adına tam orta məktəbin 4-cü sinif şagirdi Dəniz İsayeva xərçəng xəstəliyindən dünyasını dəyişib.
Onun ailəsi Cəbrayıl şəhərindən məcburi köçkün olub və il yarım əvvəl öz doğma yurdlarına qayıdıblar. Dəniz təhsilini Cəbrayılda davam etdirirdi.
O, məktəbdə əlaçı qiymətlərlə oxuyurmuş.
10 yaşlı şagird Sumqayıtın Saray qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib.
