İran milli komandası Yaxın Şərqdəki gərgin siyasi vəziyyət səbəbindən qarşıdakı dünya çempionatından kənarda qala bilər.
QOL.az xəbər verir ki, ABŞ-ın hazırkı prezidenti Donald Tramp İrana qarşı tətbiq olunacaq mümkün boykotun onu qətiyyən narahat etmədiyini bildirib. "Politico" nəşrinə danışan Tramp İrana qarşı sərt ifadələr işlədib:
"İranın orada olub-olmaması məni maraqlandırmır. Onlar uduzmuş ölkədir, uçuruma doğru gedirlər".
Xatırladaq ki, dünya çempionatının başlamasına 100 gün qalıb. İyunun 11-də start götürəcək turnirdə İran yığmasının ilk oyunu iyunun 15-də Los-Ancelesdə Yeni Zelandiyaya qarşı planlaşdırılıb.
Qeyd edək ki, İran millisinin turnirdə iştirakı ilə bağlı yekun qərar hələlik rəsmən açıqlanmayıb.