AZ

Kolumbiya Universitetində Xocalı soyqırımının qurbanları yad olunub (FOTO)

Bakı. Trend:

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar ABŞ-ninKolumbiya Universitetində ”Xocalı xatirəsini ehtiramla yad edərəkinsanlıq naminə sülhün təşviqi” adlı tədbir keçirilib.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumatverilib.

Bildirilib ki, tədbir Azərbaycan Respublikasının Diasporla İşüzrə Dövlət Komitəsinin dəstəyi, Azərbaycan-Amerika GənclərFederasiyasının birgə təşkilatçılığı ilə baş tutub.

Əvvəlcə Azərbaycan və ABŞ-nin Dövlət himnləri səsləndirilib,Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutlayad edilib.

Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Tofiq Musayevçıxışında Xocalı soyqırımı ilə bağlı tarixi faktlara diqqətçəkərək, beynəlxalq ictimaiyyətin bu faciəyə hüquqi-siyasi qiymətverməsinin vacibliyini vurğulayıb.

Nyu Yorkda fəaliyyət göstərən Milli Musiqi və Qlobal MədəniyyətCəmiyyətinin rəhbəri, Amerika-Azərbaycan Təşkilatları Alyansınınrəhbəri Nərgiz Əlyarova xocalılara qarşı törədilən amansızcinayətlərdən bəhs edib. Faciənin soydaşlarımızın yaddaşındasilinməz iz qoyduğunu bildirib.

BMT-nin keçmiş sözçüsü və “Al-Quds Al-Arabi” qəzetinin BMTbürosunun rəhbəri Abdelhamid Siyam Xocalı həqiqətlərindən, sülh vəhumanizm dəyərlərinin təşviqinin əhəmiyyətindən danışıb.

Anım tədbirində Nyu Yorkda fəaliyyət göstərən “My Way”Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzinin şagirdlərinin Xocalıhadisələrinə həsr etdikləri rəsmləri sərgilənib. Mərkəzinmədəniyyət üzrə direktoru, azərbaycanlı rəssam-heykəltəraş EminQuliyevin hazırladığı "Xocalı harayı" və Nyu Yorkda yaşayanazərbaycanlı rəssam Çingiz Mahir Musayevin "Xocalı" kompozisiyalarısoyqırımının tanıdılmasına xidmət edib.

Tədbirdə, həmçinin Xocalı qurbanlarının xatirəsininyaşadılmasının, tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətəçatdırılmasının və humanizm prinsipləri əsasında sülhün təşviqininvacibliyi səsləndirilib.

Kolumbiya
Kolumbiya
Kolumbiya
Kolumbiya
Kolumbiya
Kolumbiya
Kolumbiya
Kolumbiya
Kolumbiya
Kolumbiya
Kolumbiya
Kolumbiya
Seçilən
62
8
az.trend.az

9Mənbələr