AZ

İrandan Azərbaycana daha 12 nəfər təxliyə edilib

İrandan Azərbaycana martın 4-də saat 16:00-dan 18:00-dək daha 12 nəfər təxliyə olunub.

Far.Az report-a istinadən xəbər verir ki, 3-ü Azərbaycan, 3-ü Pakistan, 1-i iranəsilli İngiltərə vətəndaşı, 1-i Qazaxıstan, eləcə də 2 İsveç və 2 Çexiya səfirliyinin nümayəndəsi Astara Dövlət Sərhəd buraxılış məntəqəsindən təxliyə olunub.

***15:37

ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar səbəbindən İrandan ümumilikdə 1222 nəfər Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.

Far.Az report-a istinadən xəbər verir ki, fevralın 28-i saat 08:00-dən martın 4-ü saat 14:00-a qədər sərhədi 243 Azərbaycan vətəndaşı keçib.

***12:23

Bu gün səhər saatlarından Astara dövlət sərhəd-buraxılış məntəqəsi vasitəsilə 21 nəfər təxliyə olunub.

Far.Az apa-ya istinadən xəbər verir ki, onlardan 5-i Azərbaycan vətəndaşları olan ailə üzvləridir.

Ümumilikdə isə indiki saata qədər 21 nəfər təxliyə olunub ki, onların arasında Tacikistan, Pakistan, Çin, Fransa vətəndaşları var.

Seçilən
0
1
far.az

2Mənbələr