Dövlət Xidməti Gəncədə gənclər üçün tədbir keçirdi
Ajans.az xəbər verir ki, tədbirdə çıxış edən Dövlət Xidmətinin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov, İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov və Kəpəz rayon bölməsinin rəisi polkovnik-leytenant İlkin Əliyev gənclərə vətənpərvərlik hissi, qalib ölkənin əsgəri olmağın üstünlükləri, sağlam həyat, təhsil möhləti, qanunvericilik və digər mühüm məsələlər barədə ətraflı məlumat veriblər. Tədbirdə iştirak edən şəhid ailələrinin üzvləri, Vətən Müharibəsi iştirakçıları və digər qonaqlar da çıxış edərək öz təəssüratları ilə bölüşüblər. Qeyd edək ki, analoji tədbirlər ölkənin bir sıra rayonlarında təşkil edilib və növbəti aylar ərzində davam etdirilməsi nəzərdə tutulur.