AZ

Rodriqo 2023-cü ildənh qismən çarpaz bağ yırtığı ilə oynayırmış

“Real Madrid”in cinah oyunçusu Rodriqo Qoes 2023-cü ildən bəri sağ dizindəki ön çarpaz bağın qismən qopması ilə oynayır. Yarımmüdafiəçi Braziliya millisində oynadıqdan sonra zədə alıb.

İdman.Biz-in “The Athletic”ə istinadən məlumatına görə, o dövrdə həkimlər konservativ müalicənin daha uyğun hesab edildiyi üçün əməliyyatdan imtina ediblər.

25 yaşlı braziliyalıya ön çarpaz bağın yırtılması və yan menisk diaqnozu qoyulub. Onun təxminən 10 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. Bu o deməkdir ki, yarımmüdafiəçi 2026-cı il dünya çempionatında iştirak etməyəcək. Rodriqo İspaniya liqasının 26-cı turunda “Xetafe”yə 1:0 hesabı ilə uduzduqları oyunda zədə alıb.

İdman.Biz
Seçilən
19
1
idman.biz

2Mənbələr