Amerikanın “OpenAI” şirkəti Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) ilə müqavilə bağlamağı nəzərdən keçirir. Bu barədə çərşənbə axşamı bir neçə xarici media orqanı startapın ABŞ Müdafiə Nazirliyi ilə razılaşmasından sonra məlumat verib.
Aznews.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
“OpenAI” şirkətinin baş direktoru Sem Altmanın sözlərinə görə, hazırda texnologiyaların bütün qapalı NATO şəbəkələrində yerləşdirilməsi imkanları araşdırılır. “OpenAI” nümayəndəsi daha sonra bunun Alyansın açıq şəbəkələrinə aid olduğuna aydınlıq gətirərək Altmanın sözlərinin təhrif olunduğunu qeyd edib.
Ötən həftə “OpenAI” şirkəti ABŞ Müdafiə Nazirliyinin qapalı şəbəkəsində süni intellekt texnologiyalarını yerləşdirmək üçün Pentaqon ilə razılaşma əldə olunduğunu elan edib.