AZ

Xameneinin ölümündən əvvəl hazırladığı, regionu xaosa sürükləyəcək şok plan ortaya çıxdı

İranın ali dini lideri Əli Xameneinin ölümündən əvvəl Yaxın Şərqi genişmiqyaslı qarşıdurmaya sürükləyə biləcək xüsusi plan hazırladığı barədə məlumat yayılıb.

Musavat.com xəbər verir ki, Financial Times nəşrinin məlumatına görə, bu plan İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) təqdim olunub.

Nəşrin yazdığına görə, planın əsas mahiyyəti İrana qarşı birbaşa müdaxilə baş verəcəyi təqdirdə bütün regionda genişmiqyaslı gərginliyin yaradılmasıdır. Məlumatda bildirilir ki, strategiya Yaxın Şərqin müxtəlif nöqtələrində paralel qarşıdurmaların alovlanmasını nəzərdə tutur.

Qeyd olunur ki, SEPAH hazırda həmin plan çərçivəsində fəaliyyət göstərə bilər.

Musavat.com

Seçilən
150
2
musavat.com

3Mənbələr