AZ

İran bütün dünyadakı İsrail səfirliklərini HƏDƏLƏDİ

Redaktor.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

İran Beyrutdakı (Livanın paytaxdı) diplomatik missiyasına hücum ediləcəyi təqdirdə, bütün dünyada İsrail səfirliklərinə zərbələr endirəcək.

Redaktor.az İran KİV-nə istinadən xəbər verir ki, bu barədə bu gün İran Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi Əbülfəz Şəkərçi bildirib.

"İsrail Livandakı İran səfirliyinə hücum etməklə hədələyib. Əgər İsrail bunu edərsə, bu ölkənin bütün səfirlikləri bizim üçün qanuni hədəfə çevriləcək", - Ə.Şəkərçi deyib.

O, həmçinin qeyd edib ki, İran ABŞ və İsrail istisna olmaqla, digər dövlətlərlə münaqişə vəziyyətində deyil və xarici əlaqələrini "əməkdaşlıq və qarşılıqlı fəaliyyət prinsipləri əsasında" qurur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
6
redaktor.az

2Mənbələr