AZ

Türkiyə və Pakistan XİN rəhbərləri regionda artan gərginliyi müzakirə ediblər

BAKI, 4 mart. TELEQRAF

Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar türkiyəli həmkarı Hakan Fidan ilə telefon danışığı aparıb.

Teleqraf xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, tərəflər regionda gərginləşən vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. Nazirlər davam edən hücumlar, xüsusilə Türkiyəni hədəf alan son təxribat cəhdi ilə bağlı ciddi narahatlıqlarını ifadə ediblər. Hər iki tərəf gərginliyin azaldılması və təmkin nümayiş etdirilməsinin vacibliyini vurğulayıb.

Məhəmməd İshaq Dar Pakistanın Türkiyə ilə həmrəy olduğunu bir daha təsdiqləyib və regional sülhün, eləcə də sabitliyin dəstəklənməsi istiqamətində səylərin sıx əlaqələndirilməsinə sadiqliyini bildirib.

Seçilən
14
teleqraf.com

1Mənbələr