AZ

İran prezidenti qonşu dövlətlərin liderlərinə müraciət edib

Bakı. Trend:

İran prezidenti Məsud Pezeşkian qonşu dövlətlərin liderlərinəmüraciət edib.

Trend xəbər verir ki,müraciətMəsud Pezeşkian “X” sosial şəbəkə hesabında paylaşılıb.

"Hörmətli dost və qonşu ölkələrin liderləri, sizin köməyinizləvə diplomatiya yolu ilə müharibədən yayınmağa çalışdıq. Lakin hərbitəcavüz bizə özümüzü müdafiə etməkdən başqa çarə qoymadı. Biz sizinsuverenliyinizə hörmətlə yanaşırıq və regional sülhün regionölkələri tərəfindən təmin edilməli olduğuna inanmağa davam edirik",- paylaşımda qeyd olunur.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasındakeçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başaçatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraqAvropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarəyerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasındaİranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundukeçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baştutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şanskimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldəolunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvəobyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafınamüddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarınabaşlayıb.

İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi havahücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onunailə üzvləri ölüb.

Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayorƏbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun(SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderininmüşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziriƏziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.

Məqalədə:
Seçilən
17
26
az.trend.az

10Mənbələr