Maersk şirkəti Körfəz ölkələrinə yük rezervasiyalarının qəbulunu dayandırıb
Dünyanın ən böyük konteyner daşımaları şirkətlərindən biri olan Maersk, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı, Küveyt, Qətər, İraq, Bəhreyn və Omana yük sifarişlərinin qəbulunu müvəqqəti olaraq dayandırdığını açıqladı
Danimarkada yerləşən Maersk şirkətinin yazılı açıqlamasında ABŞ-İsrail birgə İrana hücumlarından sonra bölgədəki yük daşımalarının vəziyyəti ilə bağlı məlumat verilib.
Şirkətin bölgədəki inkişaflarla əlaqədar müxtəlif təhlükəsizlik tədbirləri gördüyünü bildirən açıqlamada deyilirdi: “BƏƏ, Oman, İraq, Küveyt, Qətər, Bəhreyn və Səudiyyə Ərəbistanına giriş və çıxış üçün yük rezervasiyalarının qəbulunu növbəti xəbərdarlığa qədər müvəqqəti olaraq dayandırırıq. Vacib qida məhsulları, dərmanlar və digər zəruri mallar üçün istisnalar ediləcək.”
Maersk həmçinin 1 martda bütün gəmilərinin növbəti xəbərdarlığa qədər Hörmüz boğazından keçməsini dayandırdığını açıqlamışdı.
aia.az
Tərcümə şöbəsi