AZ

Rikkardo Kalafyori: “Tez-gec “Roma”ya qayıtmaq istərdim” – ARENA.AZ

London “Arsenal”ının 23 yaşlı italiyalı sol cinah müdafiəçisi Rikkardo Kalafyori uzaq gələcəklə bağlı arzusunu açıqlayıb.

Arena.az italyan futbolçunun müvafiq açıqlamasını təqdim edir:

“Tez-gec “Roma”ya qayıtmaq istərdim. Gələcək karyeramı planlaya bilmərəm, amma bunu çox istəyirəm. Bu, nəsə bitirilməmiş bir xüsusdur”, deyə Kalafyori vurğulayıb.

Mərkəz müdafiəçisi olan Rikkardo Kalafyori futbola “Petriana” klubunda qədəm qoyub, buradan “Roma”ya yol taparaq, böyük futbolda “canavarlar”ın heyətində debüt edib. Kalafyori karyerası ərzində “Cenoa”, “Bazel” və “Bolonya”da da çıxış edib.

“Arsenal” italyan futbolçunu 2024-cü ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində “Bolonya”dan “topçular”ın düşərgəsinə qatıb. Kalafyorinin “Arsenal”la müqaviəsinin müddəti 2029-cu iliin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Kalafyori “Arsenal” üçün 25 oyun keçirib, 1 qol vurub, 3 məhsuldar ötürmə verib. Onun London klubundakı karyerası bütövlükdə 54 oyun, 4 qol və 5 assistdən ibarətdir.

Rikkardo Kalafyori 2024-cü ilin iyununda debüt etdiyi İtaliya yığmasının heyətində 12 oyuna 1 məhsuldar ötürmə ilə fərqlənib.

Rikkardo Kalafyorinin qənimətlər muzeyində “Roma” ilə qazandığı Avropa Konfrans Liqası (2021/2022) var.

“Transfermarkt” internet-portalı 23 yaşlı italyan mərkəz müdafiəçisinin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
18
6
arena.az

10Mənbələr