AZ

Azərbaycan Kuboku: “Şamaxı”nı üstələyən “Qarabağ” yarımfinala yüksəlib

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir cavab oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, "Qarabağ" öz meydanında "Şamaxı"nı qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüş Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə bitib. Bununla da Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv növbəti raunda adlayıb.

Komandalar arasında Şamaxıda keçirilmiş ilk matçda meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, 1/4 final mərhələsinin digər cavab görüşləri martın 5-də reallaşacaq. Kubokun ilk yarımfinalçısı “Zirə” olub.

Seçilən
8
29
azerbaijan-news.az

10Mənbələr