AZ

Tanınmış xəstəxana Nigar Köçəlidən 222 min manat təzminat tələb edir

Gununsesi saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bu gün Nəsimi Rayon Məhkəməsində LIV Bona Dea Hospital xəstəxanasının mənə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesinin ilk iclası keçirildi.

Gununsesi.info xəbər verir ki, bunu Əli və Nino kitab mağazaları şəbəkəsinin və Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərli sosial şəbəkə hesabında yazıb.

“Məlum olduğu kimi, sosial şəbəkə hesabımda xəstəxanada keçirdiyim əməliyyatdan sonra yaşadığım sarsıntılar və qarşılaşdığım problemlərlə bağlı paylaşım etmişdim. “Liv Bona Dea” xəstəxanası isə həmin paylaşımı əsas götürərək məni məhkəməyə verib və 222 min manat məbləğində təzminat tələb edir.

Bugünkü iclasda iş üzrə ilkin məsələlər müzakirə olundu və tərəflərin mövqeləri dinlənildi.

Növbəti iclas 7 aprel tarixinə təyin olundu. Prosesin gedişi ilə bağlı məlumatları paylaşmağa davam edəcəyik”, – deyə o qeyd edib.

Qeyd edək ki, Nigar Köçərli tanınmış naşir, tərcüməçi-yazar; “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlunun həyat yoldaşıdır.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
53
2
icma.az

3Mənbələr