AZ

İrandakı gərginlik cibimizə necə təsir edəcək? - Bahalaşmadan kimlər QORXUR?

İranda baş verən son hadisələr və regionda artan siyasi-hərbi gərginlik Azərbaycanda da ciddi narahatlıqla izlənilir.

Mütəxəssislər bildirirlər ki, proseslərin uzanması yalnız siyasi təhlükəsizlik baxımından deyil, həm də iqtisadi müstəvidə təsirlər göstərə bilər. Yəni, ticarət əlaqələrinə və idxal bazarlarına təsir edərək ərzaq məhsulları və gündəlik tələbat mallarının qiymətində artıma səbəb ola bilər. Azərbaycan bir sıra məhsullar üzrə idxaldan asılı olduğuna görə regionda yaranan hər bir gərginlik birbaşa bazarlara və vətəndaşların gündəlik həyatına təsir potensialı daşıyır.

Vətəndaşlarımızın bu məsələ ilə bağlı gözləntilərini öyrənməyə çalışdıq.
Onlar ən çox hansı məhsulların bahalaşacağından narahatdırlar?

TV Musavat-ın əməkdaşları bu sualla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.

Hazırladığımız videosorğunu təqdim edirik:

 

Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com

Seçilən
20
musavat.com

1Mənbələr