AZ

Fidan Rubio ilə raket məsələsini müzakirə etdi

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb.

"Unikal" xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumata görə, tərəflər regionda yaranmış son vəziyyəti və təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Danışıq zamanı Türkiyə hava məkanına yönələn və hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilən raketlə bağlı məsələ də gündəmə gətirilib.

Hakan Fidan və Marko Rubio bölgədə gərginliyin artmasının qarşısının alınması, sabitliyin qorunması və mövcud vəziyyətin diplomatik yollarla həllinin vacibliyini vurğulayıblar.

Seçilən
12
1
unikal.az

2Mənbələr