ain.az, Azpost saytına istinadən bildirir.
“ABŞ kəşfiyyat orqanları İranın yeni ali liderinin seçilməsini izləyir. Lakin Amerika tərəfi hesab edir ki, bu barədə hər hansı bir nəticə çıxarmaq hələ tezdir”.
Azpost.info bildirir ki, bu açıqlamanı Ağ Evin mətbuat katibi Kerolin Livit mətbuat üçün brifinqində verib.
“Əlbəttə ki, biz bu barədə xəbərlər görmüşük”, – deyə o, mərhum Ali Lider Ayətullah Əli Xameneyinin oğlu Müctəba Xameneyinin İranın yeni ali lideri seçilməsi ilə bağlı mediada yayılan xəbərləri şərh edərkən bildirib.
“Kəşfiyyat orqanlarımız bunu yaxından izləyir və araşdırır. Həqiqət budur ki, nə baş verəcəyini gözləməli olacağıq”, – Livit əlavə edib.
AzPost.az
Paylaş
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.